Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Mahir oğlu Ərəblinskinin həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!