Hərbçimiz faciəvi şəkildə öldü

Hərbçimiz faciəvi şəkildə öldü

Şəkinin Baş Layısqı kənd sakini – 1997-ci il təvəllüdlü, çavuş Seymur Teymur oğlu Yusifli Sumqayıt şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

AzerTimes xəbər verir ki, məlumatı Bizim.Media-ya Baş Layısqı kənd icra nümayəndəliyindən təsdiqləyiblər.

Bildirilib ki, Seymur Yusifli iki il idi ki, hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edirdi. Qeyd olunub ki, onlar ailədə üç uşaq – bir bacı, iki qardaş olublar.

Seymurun digər qardaşı hazırda əsgər kimi vətənə qulluq borcunu yerinə yetirir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: