Hərbçilərimiz Sarıqamışda təlimdə iştirak edir

Hərbçilərimiz Sarıqamışda təlimdə iştirak edir

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla, 17 ölkənin hərbçiləri iştirak edir.

“Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.

Teqlər: