Hərbçilərimiz “Anatolian Phoenix-2021” təlimində praktiki uçuşlar icra edir (FOTO)

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.

Teqlər: