Hər şeyi edəcəyik ki, buna nail olaq – Putin

Hər şeyi edəcəyik ki, buna nail olaq – Putin

Ümumilikdə vəziyyətin nizamlanmasına istiqamətlənən gələcək addımlar üçün şərait yaranıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.

“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Ölkələrimiz deyəndə həm Rusiyanı, həm Azərbaycanı, həm də Ermənistanı, regionun bütün ölkələrini nəzərdə tuturam. Çünki münasibətlərin normallaşmasında bu ərazilərdə yaşayan bütün xalqlar maraqlıdırlar. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, – Putin qeyd edib.

Teqlər: