Hər bir azərbaycanlı “Xarıbülbül” festivalını qürurla izləyir – Sahil Kərimli SƏS TV-də (FOTO)

Mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül”
festivalının keçirilməsi böyük əhəmiyyətə malik bir hadisədir.
Bütün dünyanın nəzəri yenə də Şuşaya yönəlib. Bundan əvvəl Şuşada
Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdi. Bu da çox böyük
bir coşqu ilə həyata keçirilən, hər birimizin qürur duyacağı bir
hadisə idi.

Bu fikirləri SƏS TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor
müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

“Xarıbülbül” festivalı hər bir azərbaycanlı tərəfindən böyük
məmnunluq və sevinclə qarşılanır. Dünən Prezident İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva festivalda iştirak etdilər. Əlbəttə
ki, bu festivalın hər bir anı və dəqiqəsi bizim üçün dəyərli,
yaddaqalandır. Çünki biz bu günləri həsrətlə gözləyirdik. 30 il
torpaq həsrətilə, xüsusilə də Azərbaycanın döyünən ürəyi Şuşasız
yaşamışıq. Bu da xalqımızda bir nisgil yaradırdı. Bu günləri sevinc
və fəxrlə qeyd edirik. Builki festivalın özəlliyi qardaş
Türkiyədən, həmçinin digər xarici ölkələrdən mədəniyyət
xadimlərinin festivalda təmsil olunması idi. Onlar öz ölkələrinin
mədəniyyətini, incəsənətini nümayiş etdirdilər. Biz bununla bütün
dünyaya sübut edirik ki, tarixi torpaqlarımıza qayıtmışıq. Şuşa
Azərbaycanın tarixi torpağıdır, tarixi ərazisi və mədəniyyət
paytaxtıdır. Nəinki Azərbaycanın, türk dünyasının mədəniyyət
paytaxtıdır. Biz bir daha göstərdik ki, sülhsevər, mədəniyyətə,
tarixə və ənənələrə necə böyük dəyər verən xalqıq. Yəni, bu gün
Şuşanın sahibləri Şuşadadır”, – o qeyd edib.

Teqlər: