Hemilton Portuqaliya Qran Prisinin qalibi oldu

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” üzrə Portuqaliya Qran Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, yarışı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə L.Hemiltonun komanda yoldaşı finlandiyalı Valtteri Bottas başa vurub.

L.Hemilton ümumi xal sayında 69 xalla birinci yerdədir. Mövsümün 3 yarışında britaniyalı pilot 2 dəfə birinci yer, bir dəfə isə ikinci yeri tutub.

Qeyd edək ki, “Formula-1″in növbəti mərhələsi 7-9 may tarixlərinə İspaniyada keçiriləcək.

Teqlər: