İsrailin keçmiş futbolçusu Lior Assuli HƏMAS terrorçuları tərəfindən qətlə yetirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.
Bildirilib ki, oktyabrın 6-da futbolçunun 43 yaşı tamam olub. Hücum günü futbolçu musiqi festivalında olub.
Qeyd edək ki, “Hapoel”dən başqa israilli futbolçu ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Şahnin” və “Bney Yehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib.