HƏMAS-ın təsisçisinin oğlu dəstək üçün İsrailə getdi

HƏMAS-ın təsisçisinin oğlu dəstək üçün İsrailə getdi

HƏMAS-ın təsisçilərindən olan Şeyx Həsən Yusif Xəlil Daudun oğlu Musab Həsən Yusif həmrəylik və dəstək göstərmək məqsədilə İsrailə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Musab HƏMAS-ın 2023-cü ilin oktyabrında hücum etdiyi İsrailin cənub rayonlarında olub.

İsrail mətbuatına açıqlamasında Musab BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə məxsus məktəblərdə yəhudilərə və İsrailə nifrət təbliğatı aparıldığını deyib:

“Hər yerdə – küçədə, evdə yəhudilər və İsrailə qarşı nifrət kampaniyası aparılır”.

Onun sözlərinə görə, HƏMAS qəzzalıların rifahı ilə maraqlanmır, terror təşkilatının rəhbərləri xırda siyasi maraqlara nail olmaq üçün mülki vətəndaşları qurban verirlər:

“Hər müharibə eyni ssenari üzrə gedir: Qəzzalılar ölür və HƏMAS Körfəzdəki donorlardan milyonlar alır”.

Qeyd edək ki, “Yaşıl şahzadə” kod adlı Musab Həsən Yusif 90-cı illərdən İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. 2005-ci ildə xristianlığı qəbul edən Musab həm də “HƏMAS-ın oğlu” kitabının da müəllifidir.

Teqlər: