HƏMAS-ın təbliğatçısı İsrail casusu imiş – Foto

HƏMAS-ın təbliğatçısı İsrail casusu imiş – Foto

“Mr. Fafo” ləqəbi ilə kiberməkanda fəaliyyət göstərən və HƏMAS-ın təbliğatını aparan şəxsin İsrail casusu olduğu üzə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin nüfuzlu şəxsiyyətlərindən olan Eli David məlumat yayıb.

“O, İsraildə təhlükəsiz şəraitdədir. İndi onun İsrailə dəyərli məlumatlar verən bir İsrail agenti kimi işlədiyini açıqlamaq olar. İsrailə göstərdiyin xidmətə görə təşəkkürlər, Şalev Yariv”, – David özünün X səhifəsində yazıb.

Qeyd edək ki, gizli adı Saleh Cəfəravi olan Mr. Fafonun hazırda İsraildə olması ilə bağlı məlumat MOSSAD-ın rəsmi X səhifəsində təsdiq edilib.

Teqlər: