İsrail kəşfiyyatı Qəzzada HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İssanın məhv edilməsi faktını təsdiqləyir.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
“Bütün kəşfiyyat məlumatları yoxladıqdan və 100% əmin olduqdan sonra, Baş Təhlükəsizlik Xidmətinin və Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İssanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə hücumumuz zamanı öldürüldüyünü bildiririk”,- o qeyd edib.