HƏMAS-ın 20 batalyonunu məhv etmişik – Netanyahu

HƏMAS-ın 20 batalyonunu məhv etmişik – Netanyahu

İsrail ordusu HƏMAS-ın demək olar ki, bütün batalyonlarını məhv edib.

AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS-ın 24 batalyonundan 20-ni məhv etməyə müvəffəq olmuşuq. Rəfahda məhv etməli olduğumuz daha 4 batalyon qalıb. Məhz buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, – Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, İsrail hərbçiləri Rəfahda HƏMAS-ın ciddi müqaviməti ilə üzləşə bilərlər.

Teqlər: