HƏMAS-ın 1/4-ni məhv etmişik – Qallant

HƏMAS-ın 1/4-ni məhv etmişik – Qallant

İsrail hərbçiləri Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS-ın ümumi sayının dörddə birini məhv edib, dörddə biri isə yaralanıb.

AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ilə sərhəddə ordunun ehtiyatda olan əsgərləri ilə görüşündə deyib.

“Biz uzun bir müharibə aparırıq, amma sonunda HƏMAS-ı məhv edəcəyik. Terrorçular qalır və onlarla mübarizə bir gün deyil, aylar çəkəcək”, – Y.Qallant qeyd edib.

Teqlər: