HƏMAS atəşkəsə razılaşdı – İsrail susur, mənbə rədd edir…

HƏMAS atəşkəsə razılaşdı – İsrail susur, mənbə rədd edir…

Bu günə qədər İsrail HƏMAS-ın atəşkəsə reaksiyasına rəsmi cavab verməyib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

“Vesti İsrail” isə yüksək səviyyəli İsrail mənbəsinə istinadla qeyd edib ki, bu, İsrailin iştirakı olmadan birtərəfli təklifdir.

“Bu, Misirlə müzakirə etdiyimiz plan deyil. Bu, İsraili imtina edən tərəf kimi göstərmək üçün hazırlanmış HƏMAS hiyləsidir”, – İsrail xəbərləri yazır.

Digər İsrail mənbələri əlavə edib: “Misir HƏMAS-ın razılığına nail olmaq üçün birtərəfli qaydada bütün parametrləri dəyişib. Belə bir təklif İsrail üçün qəbuledilməzdir”.

Başqa bir israilli mənbə iddia edib ki, təkliflə təkcə Təl-Əviv deyil, Vaşinqton da tanış deyil.

Qeyd edək ki, HƏMAS-ın atəşkəsə razılıq verməsi Rəfah əməliyyatına hazırlıqla bağlı xəbərlər fonunda gəlib. Yada salaq ki, quru qoşunları əməliyyatlarına hazırlıq yeni səviyyəyə yüksəlib. Mayın 6-da İsrail ordusu şəhərin İsraillə sərhədə yaxın ərazilərindən fələstinliləri təxliyə etməyə başlayıb.

İsrail müdafiə nazirinin ofisi təsdiq edib ki, nazir Baş Qərargahın rəisi ilə birgə Qəzzada aparılacaq hərbi əməliyyatlar, o cümlədən Rəfah əməliyyatı planını təsdiqləyib.

Teqlər: