Diqqət: hava limanı yolunda sürət həddi endirildi

Diqqət: hava limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə AzerTimes-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Teqlər: