Helsinkiyə uçan təyyarə Bakıya təcili eniş etdi

Helsinkiyə uçan təyyarə Bakıya təcili eniş etdi

Finlandiyanın milli aviadaşıyıcısı – “Finnair” şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Hava limanından AzerTimes-a verilən məlumata görə, “Airbus A350” markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.

Teqlər: