Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)

Xəbər - Humay Ağacanova – Trend:

Helikopter qəzasında heç bir nasazlıq, şüphəli məqam yox idi.

AzerTimes-ın məlumatına görə, bu barədə Real Tv-yə müsahibələri zamanı helikopterdə olan və qəzadan sağ çıxan hərbiçilər polkovnik-leytnant Emil Cəfərov Məmməd oğlu və Kapitan Ədilov Ramin Ramiz oğlu deyib.

Polkovnik-leytnant Emil Cəfərov qeyd edib ki, 30 noyabr 2021-ci ildə praktiki atışlı təlim uçuşları olmalı idi. Səngəçal aerodromundan qalxıb Qaraheybət istiqamətinə getməli idik.

“İstiqamət üzrə getdik meydançaya eniş manevri etdikdən sonra qəza baş verdi. Sərnişin kabinetində olduğum üçün tam təfərrüatları ilə xatırlamıram. Heç bir nasazlıq şüphəli məqam yox idi. Helikopterdə desant daşıma sayı 24 nəfərdir bu baxımdan heç bir məhdudiyyət aşılmamışdı”,-deyə o bildirib.

Səhhəti ilə bağlı danışan polkovnik-leytnant ayağında əzilmə, sol qolun bazu sümüyünün üst yuxarı hissəsində isə sınıq olduğunu qeyd etdi.

Kapitan Ədilov Ramin Ramiz oğlu da həmçinin helikopterdə eniş zamanı idarəetmənin itirildiyini və bir anda qəzanın baş verdiyini bildirdi.

Teqlər: