Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib – İdarə rəisi

Xəbər - Samir Əli – Trend:

Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmələrə verilən təqdimatlar əsasında azad edilib.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

Onun sözlərinə görə, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: “Cəzadan azad olunanlardan 473-ü islah işlərinə, 18 nəfər ictimai işlərə, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərdir”.


Xatırladaq ki, ölkə üzrə bu gün Amnistiya aktı ilə 60-a yaxın məhkum cəzadan azad edilib.

Teqlər: