Həlak olan hərbçimiz dəfn olunur (FOTO/VİDEO)

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn olunur.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Teqlər: