“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin
tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin
əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas
üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi
tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə
tutulur.
AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci
ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat
konfransı zamanı deyib.
O, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da
yüksəldilməsi və tibb işçilərinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata
keçirildiyini bildirib.
“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il
üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan
tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari
tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb
işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri
vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas
üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə
çalışan həkimlərin (Cədvəl 1) maaşında artım 2 dəfəyədək təşkil
edəcək. 14 ixtisas üzrə çalışan həkimin (Cədvəl 2) maaşında isə
artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca
çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına
yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək”,-
deyə Z.Əliyev bildirib.
Onun sözlərinə görə qaydaya dəyişikliklərin 2022-ci ilin 1 iyun
tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur.