Həkimdən valideynlərə xəbərdarlıq: Buna diqqət edin!

Həkimdən valideynlərə xəbərdarlıq: Buna diqqət edin!

Autizm sindromu son illərin ən böyük bəlalarından biridir. Əvvəlki dövrlərdə hər yüz uşaqdan birində bu xəstəlik aşkarlanırdısa, indi hər iyirmi uşaqdan biri bu sindromdan əziyyət çəkir. Bu, həqiqətən də ciddi göstəricidir. Səbəblər hələ də tam məlum deyil.

Bu sözləri AzerTimes-a açıqlamasında psixoloq Vüsalə Əhmədova bildirib.

“Bunu anaların düzgün qidalanmaması, şüalarla bu qədər sıx təması və geni dəyişdirilmiş qidaların qəbulu ilə əlaqələndirirlər. Ananın hamiləlik dövründə verdiyi test nəticəsində bir uşağın daun sindromlu olması təsbit olunur. Autizmi isə nə hamiləlik dövründə, nə də yeni doğulmuş uşaqda təsbit etmək mümkündür. Müəyyən bir dövr keçdikcə özünün fərqliliyindən hiss oluna bilir. Özünü tez göstərən autizmin bəzi tərəflərində bunu uşağın 6-8 ayında hiss edə bilərik. Bəzən isə bu, 1 yaşından sonra müəyyən edilir. Autizmlə bağlı müraciət edən valideynlər bildirir ki, övladı bir yaşına qədər bir neçə söz deyirdi, amma zaman keçdikcə bu sözləri unudub. Bəli, autizmin göstəriciləri budur ki, yaranan nitq sonradan itməyə başlayır. Səbəb isə baş-beyində nitq mərkəzinin zədəli olmasıdır. Bu mərkəzdə zədə olduğu üçün uşaqları çağıranda reaksiya vermir”, – Əhmədova bildirib.

Psixoloq qeyd edib ki, valideynlər bu mövzuda çox diqqətli olmalıdır:

“Valideynlərin diqqət etməsi vacib olan məsələlərdən biri də uşağın seçici olmağıdır. Əşyalara bağlılığı varmı? Hansısa yerə gedəndə fərqindədirmi? Deyiləni analiz edə bilirmi? Göz əlaqəsi qururmu? Təqlid etməyə meyillidirmi? Qida seçiciliyi çoxdurmu? Yuxu rejimi hansı qaydadadır? İlk dövrlərdə əsasən bunlara fikir vermək lazımdır. Autizm uşaqlarda hərəkətli əşyalara daha çox meyil var. Yerlərində oturub, saatlarla ona baxmaq istəyirlər. Həmçinin bu uşaqlar riyazi bilikləri və ingilis dilini tez qavraya bilirlər. Valideyn deyir ki, uşağa saymağı öyrədən olmayıb, amma 10-a qədər saymağı bilir. Nitq yoxdur, amma rəqəmləri saya bilir. Əsasən 1 yaşından sonra bu müşahidələri daha çox artırmaq lazımdır. Sadaladığımız halları müşahidə edərlərsə, öncə nevropatoloq və psixoterapevt müayinəsindən keçmək lazımdır. Daha sonra bu xəstəlik aşkarlanmasa belə, mütləqdir ki, inkişaf üçün müalicə alınsın. Çünki fəsad birbaşa beyinlə bağlıdır. Müalicənin müddəti uşaqda olan autizm simptomlarının hansı dərəcədə olması ilə əlaqəlidir. Bəzi uşaqlarda bu 6-8 aylıq müalicə tələb edir. Bəzilərində isə ağır simptomlar olur. Belə olduğu halda uşaqların müalicəsi böyük yaş qrupuna qədər davam edir. Yəni müalicə dövrü üçün standart cədvəl yoxdur”.

Teqlər: