Daxili İşlər Nazirliyi mayın 28-də və 29-da daxili işlər
orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında
statistik məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən xəbərə görə,
respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin
olunub. Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən
borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.