Həbsdən çıxan nazir ilk dəfə görüntüləndi: kimə mesajdır?

Həbsdən çıxan nazir ilk dəfə görüntüləndi: kimə mesajdır?

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbsdən sonra ilk dəfə görüntülənib.

AzerTimes xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Vəli Ələsgərovun fotosunun məhz Milli Qəhrəman İbad Hüseynovla birgə Fəxri Xiyabanda, Ümummilli lideri anım günü münasibəti ilə ziyarət edərkən paylaşılması isə müxtəlif ehtimallara yol açıb.

Milli Qəhrəman İbad Hüseynova keçmiş Milli Təhlükəsizlik Nazirliyinin münasibəti müsbət olub. Onun haqda çəkilən filmin də ideyası keçmiş MTN-dən (Eldar Mahmudov) gəlib. Bu baxımdan İbad Hüseynovun həmin dövrdə Vəli Ələsgərovla dostluq münasibətinin olması normaldır.

Vəli Ələsgərov Naxçıvan MTN-nə 14 illik rəhbərlikdən sonra 2016-cı ildə həbs edilib, bu ilin 27 sentyabrında azadlığa çıxıb. Onun azadlığa çıxması və Bakıya gəlməsi ilə DTX-nin Naxçıvanda antikorrupsiya əməliyyatlarına start verməsini təsadüfi hesab etməyənlər də var. İddialara görə, məhz V.Əsgərov DTX-nin əldə etdiyi məlumatları təsdiqləyib və daha mühüm informasiyalar da verib. Yada salaq ki, Naxçıvanda əməliyyat ilk olaraq muxtar respublikanın DTX-sinin ləğvi və Bakıya tabe Baş İdarənin yaranması ilə başlamışdı.

Əslən Naxçıvandan olan jurnalist Məhəmmədəli Qəribli bildirib ki, İbad Hüseynov Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun kirvəsidir: “İbad Hüseynovun Naxçıvan MR rəhbərliyi ilə münasibətləri çox yaxın olub”.

Buna görə də V.Talıbovla münasibətləri son dərəcə gərgin olan Vəli Ələsgərovla Milli Qəhrəman İbad Hüseynovun birgə görüntüsü sosial şəbəkələrdə müzakirə yaradıb: İbad Hüseynovun bu jesti dostluğa (Vəli Ələsgərova) sədaqətdir, yoxsa onun da Talıbovlarla münasibətlərində problem yaranıb?

Teqlər: