Həbsdə dünyasını dəyişən sabiq icra başçısının üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum oldu

Xəbər - Samir Əli – Trend:

Ağstafa rayonunun həbs müddətində vəfat edən sabiq icra başçısı
Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının siyahısı
məlum olub.

AzerTimes-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya
Məhkəməsinin qərarı ilə sabiq icra başçısının üzərindən həbs
götürülmüş əmlakları – Goranboy rayonu, aşağı Ağcakənd kəndində
bazar dəyəri 20 min 800 manat olan 0.08 ha torpaq sahəsi,
Goranboy şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta
bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası, Goranboy
rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar
dəyəri 330 min 395 manat olan qeyri yaşayış binası, Goranboy şəhəri
V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan
daha bir qeyri yaşayış binasıdır.

Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev
və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il,
R.Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin
Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib,
Ramiz Tatarovun isə cəzası 8 il 3 aya endirilib.

Teqlər: