Avropada təbii qazın qiyməti min dolları keçdi

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün min
dollar həddini keçib.

Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart
fyuçersləri 1003,5 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, səhər saatlarında qazın min kubmeterinin qiyməti
960 dollar ətrafında idi.


Gün ərzində təbii qaz 7 faizə yaxın bahalaşıb. Ötən gün
birjalarda təbii qaz 10 faizdən çox bahalaşmışdı.

Xatırladaq ki, ötən gün Almaniya hökuməti Rusiyadan qaz nəqlini
nəzərdə tutan “Şimal axını 2” layihəsinin sertifikasiyasının
dayandırıldığın elan edib.