Hazırda Baydenin Ukraynaya səfəri planlaşdırılmır – Ağ Ev

ABŞ administrasiyası hazırda ölkə prezidenti Cozef Baydenin
Ukraynaya səfəri ilə bağlı planlar üzərində işləmir.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbua katibi Cen Psaki
deyib.

Ona ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin
və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin artıq Ukrayna
paytaxtına səfər etdiyini nəzərə alaraq, C.Baydenin Kiyevə
səfərinin gözlənilməli olub-olmadığı barədə sual verilib. “Hazırda
belə planlar reallaşdırma prosesində deyil. Təbii ki, vəziyyəti
qiymətləndirməyə davam edəcəyik”, – deyə C.Psaki cavab verib.