Havada tozun miqdarı norma daxilindədir

Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb
küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə
edilib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.

“Ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında
havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda
8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub. Avtomatik
stansiyalardan əldə olunmuş məlumatlara əsasən aprelin 5-i səhər
saatlarında havada qaz qarışıqlarının və dispers toz
hissəciklərinin konsentrasiyaları norma daxilindədir”.

G.Abbasovanın sözlərinə görə, sinoptik şəraitlə əlaqədar gün
ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır.

Teqlər: