Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün
günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq
küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub.
AzerTimes xəbər verir ki, bunu
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
bildirib.
“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən,
hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və
Səbail rayonlarında normadan 2 dəfəyədək yüksəkdir”, – o
bildirib.
Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı
olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox
olacağı gözlənilir.