Havada qələbə qoxusu var – Saakaşvili

Havada qələbə qoxusu var – Saakaşvili

Rusiya dərhal İzyumu xilas etmək üçün yeni qüvvələr göndərir, baxmayaraq ki, ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında paylaşım edib.

O, Ukraynanın qələbəsinin Gürcüstan üçün də mühüm olduğunu bildirib:

“Növbəti hədəflərdən biri separatçı Dnepr anklavı Moldovadır. Orada yerləşdirilən dördüncü rus ordusu uzun müddətdir ki, Rusiyadan təchiz edilmir. Onun (Putinin) əsgərləri qaçılmaz hücumdan qorxaraq müqaviləni uzatmaqdan kütləvi şəkildə imtina edirlər. Dneprin tutulması Ukrayna ordusu üçün 2-3 günün işidir və bu, Moldovanın ərazi bütövlüyünü bərpa edir, Gürcüstan üçün də presedent yaradır. Dnepr əməliyyatı yəqin ki, ilin sonuna kimi həyata keçiriləcək”.

Onun sözlərinə görə, Ukrayna ordusu artıq Xarkovun strateji şəhəri olan Kupyanska daxil olub:

“Kupyanskdan sonra məqsəd İzyumun azad edilməsidir ki, bu da Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən ikinci şəhərin itirilməsi deməkdir. Rusiya İzyumu xilas etmək üçün yeni qüvvələr cəlb edir, lakin ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər. Biz real vaxt rejimində Rusiyanın zəbt etdiyi mühüm nöqtələrin bir-birinin ardınca domino prinsipini izləyirik. Havada qələbə qoxusu var”.

Teqlər: