Əvəz Zeynallının ittiham olunduğu maddə açıqlandı

Əvəz Zeynallının ittiham olunduğu maddə açıqlandı

Jurnalist Əvəz Zeynallıya Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. O, qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılır.

AzerTimes xəbər verir ki, bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Zeynallı özünü təqsirli bilmir.

Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Teqlər: