Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Xəbər - Çingiz Səfərli – Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Teqlər: