Hava dəyişəcək: rayonlarda qar, leysan gözlənilir

Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan AzerTimes-a verilən məlumata görə, noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.


Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Teqlər: