Hatay hava limanı fəaliyyətə başladı

Hatay hava limanı fəaliyyətə başladı

Türkiyədə baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşən Hatay hava limanı fasiləsiz təmir işlərindən sonra yenidən istifadəyə verilib.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində 3 kilometrlik eniş zolağının 35 fərqli nöqtəsində meydana gələn parçalanma və çatlar səbəbindən hava limanı istifadəsiz vəziyyətə düşmüşdü.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada təmir işlərinin başa çatdırıldığı və hava limanının bu gündən xidmətə başladığı bildirilib.

Teqlər: