Hasbulla Dağıstanda saxlanıldı – Video

Hasbulla Dağıstanda saxlanıldı – Video

“Hasbik” kimi tanınan rusiyalı bloger Hasbulla Maqomedov və onun yoldaşları Mahaçqalada yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, “Hasbik”in olduğu avtomobil korteji yol hərəkəti qaydalarını kobud formada pozaraq hərəkət iştirakçılarının həyatına təhlükə yaradıb.

Polis əməkdaşları avtoxuliqanlıq edən bütün şəxsləri, o cümlədən blogeri saxlayıb, barələrində protokol tərtib edib.

Qeyd edək ki, MMA döyüş növü ilə məşğul olan Hasbulla boyu 93 sm, çəkisi isə 18 kq-dır.

Teqlər: