Hansı xəritə ilə demarkasiya olacaq: 1921-ci il? – Paşinyan

Hansı xəritə ilə demarkasiya olacaq: 1921-ci il? – Paşinyan

Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhdidlər var.

AzerTimes xəbər verir ki, belə bir iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icması ilə görüşündə çıxış edib.

O bildirib ki, Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir:

“Ancaq onlar “Şərqi Zəngəzur” terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var”.

Paşinyan qeyd edib ki, hansı xəritələrlə sərhədin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər var:

“Deyirlər, 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri ilə. Biz deyirik ki, demarkasiya və delimitasiya hüquqi qüvvədə olan sənədlər vasitəsilə həyata keçirilməlidir.

Azərbaycanda belə bir bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib və yaxud hansısa yaşayış məntəqəsi qanunsuz olaraq Ermənistana verilib. Bu, destruktiv yanaşmadır, amma bu özü də Azərbaycanın ambisiyasını və daxili təhdidini göstərir. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsinin həllinə nail olmalıyıq, o cümlədən Qarabağ məsələsinin həllini tapmalıyıq”.

Teqlər: