Britaniya səfirliyində dövlət bayrağı endirildi

Britaniya səfirliyində dövlət bayrağı endirildi

Britaniyanın Azərbaycandakı səfirliyinin binasında Birləşmiş Krallığın dövlət bayrağı endirilib.

AzerTimes xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Yelizavetanın vəfatı ilə əlaqədar Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində bu ölkənin dövlət bayrağı endirilib.

Qeyd edək ki, II Yelizaveta bu gün 96 yaşında vəfat edib.

Xatırladaq ki, II Yelizaveta 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Teqlər: