Hande Harmancı COVİD-19-a qarşı peyvənd olunub

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı COVİD-19-a qarşı peyvənd olunub..

AzerTimes-ın məlumatına görə, H.Harmancının vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılıb.

Ona vurulan vaksin Çinin “Sinovaç” şirkətinin istehsal etdiyi vaksin olub.

Teqlər: