Hamını əsirlikdən geri qaytaracağıq – Yusov

Hamını əsirlikdən geri qaytaracağıq – Yusov

Ukraynalı döyüşçülərin əsirlikdən azad edilməsi üçün növbəti mübadilələrə hazırlıq davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov deyib.

Ukrayna döyüşçülərinin əsirlikdən son azad edilməsindən danışan Yusov qeyd edib ki, bir çox ukraynalı müdafiəçi hələ də düşmən əsirliyində qalır:

“Onları azad etmək lazımdır. Ukrayna bunun üzərində işləyir. Koordinasiya Qərargahı da bunun üzərində çalışır. Ona görə də fasiləsiz olaraq bu mübadilədən, bu qayıdışdan sonra paralel olaraq, növbəti mübadilələr üçün hazırlıqlar gedir. Və general Budanovun dediyi kimi, hamını geri qaytaracağıq”, – Yusov bildirib.

Teqlər: