“Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqres keçirilib (VİDEO)

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük
Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals
PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə
5 may Beynəlxalq mama gününə həsr edilmiş “Hamiləlikdə genital və
ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqresi
keçirilib.”Hamiləlikdə genital və ekstragenital xəstəliklər”
mövzusunda Beynəlxalq Elmi Konqresinin rəsmi hissəsi Mərkəzi Gömrük
Hospitalının facebook səhifəsi üzərindən yayımlanıb. Rəsmi hissənin
canlı yayımının linkini Sizə təqdim edirik: https://www.youtube.com/watch?v=qBzrwKybhOo

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə
öz işinə başlayan konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun
Məmmədov açılış nitqi ilə çıxış edərək konqres iştirakçılarını
salamlayıb. O, ana-uşaq sağlamlığının qorunması istiqamətində
ölkəmizdə təqdirəlayiq addımların atıldığını qeyd edib və bu
məsələnin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu
vurğulayıb. C.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidenti
möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli
Mehriban xanım Əliyeva bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində
saxlayırlar. Son illərdə Respublikada həyata keçirilən tədbirlər
nəticəsində Azərbaycanda bu sahədə tibbi xidmətlərin keyfiyyəti
xeyli yüksəldilmiş, diridoğulmanın beynəlxalq meyarları
müvəffəqiyyətlə tətbiq edilmiş, mamalıq-ginekologiya üzrə kadr
potensiyalı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.”

Ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin
təşkilində mamaların xüsusi rola malik olduğunu qeyd edən
C.Məmmədov mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş
işinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O,
çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək konqresin
işini açıq elan edib.

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi
nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və
özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi
konqresin açılış hissəsində eyni zamanda Milli Məclisin Ailə, qadın
və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova,
Səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və
Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr
müavini, əməkdar həkim, Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə
Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun
mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt da çıxış edib.

Teqlər: