Hamiləlik testləri – Hansı testə güvənək?

Hamiləlik hər bir qadının həyatında ən gözəl dövr hesab olunur. Müasir dövrdə gələcək ana artıq öz hamiləliyini tez bir vaxt ərzində mayalanmanın ilk həftəsində öyrənə bilər. Hazırda hamiləliyi ev şəraitində yoxlamaq üçün çoxlu sayda testlər vardır. Bu gün hamiləliyi təyin etmək üçün hansı növ testlərdən istifadə olunduğunu, prosedurun necə düzgün aparıldığını və ən dəqiq nəticəni necə əldə etmək olar? –kimi suallara cavab verəcəyik.

Hamiləlik testləri necə işləyir?

Ev şəraitində istifadə olunan hamiləlik testlərinin iş prinsipi eynidir – onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Bu hormon hamilə qadınların qanında olur. Mayalanma nəticəsində yumurtahüceyrənin bölünməsi zamanı döl və dölətrafı qişalar inkişaf edir, bu qişalardan biri xorion qişasıdır. XQ hormonu bu qişa tərəfindən sintez olunur. Nadir hallarda, bu hormon, hormonal xəstəlik səbəbiylə hamilə olmayan qadınlarda aşkar edilə bilər.

Hamiləliyin ilk vaxtlarında (1-2 həftə) qan və sidikdə XQ hormonunun səviyyəsi aşağı olur, tədricən yüksəlir, 8-9 həftəyə maksimuma çatır, ikinci trimestrin sonuna qədər bu səviyyədə qalır və sonra enir.

Qanda XQ konsentrasiyası sidikdən 1,5-3 dəfə çox olur, buna görə laborator analiz hamiləliyi daha erkən vaxtda və daha dəqiq təyin edilə bilir. Hal-hazırda sidik vasitəsilə hamiləliyi müəyyən edən ekspres-test istehsalçılarının irəli inkişafı, erkən vaxtlarda hamiləliyi müəyyən etməyə imkan verir.

Hamiləlik testindən günün hansı vaxtında istifadə etmək məqsədəuyğundur?

Hamiləlik testini ev şəraitində səhər istifadə etmək lazımdır. Səhər sidiyində XQ hormonunun konsentrasiyası daha çox olur. Siz daha dəqiq nəticə əldə edə biləcəksiniz. Həmçinin test etməmişdən əvvə çoxlu maye içmək olmaz, test yanlış nəticə göstərə bilər.

Hansı test növləri mövcüddur?

Strip (zolaq) testlər (zolaq sınağı). Bunlar ən sadə, ucuz və ən çox yayılmış testlərdir. Strip testlərdən istifadı qaydası: testi üzərində qeyd olunan işarəyə qədər səhər sidiyi olan qaba 10-20 saniyə ərzində yerləşdirin. Sonra testi çıxardıb, üfüqi vəziyyətdə bir yerə qoyun, bir neçə dəqiqədən sonra nəticəni qiymətləndirə bilərsiniz. Bir zolaq – hamilə deyilsiniz, test iki zolaq göstərirsə, cavab müsbətdir – yəni siz hamiləsiniz.

Pipetkalı testlər (kaset və ya planşet testlər). Bunlar da strip-testlər kimidir. Yalnız kağız zolaq plastikdən ibarət korpusa yerləşdirilib. Təmiz bir qab götürün və səhər sidiyini həmin qaba yığın. Sonra testin qablaşmasında olan pipetka vasitəsi ilə sidiyi testin üzərindəki xüsusi dəliyə ( və ya pəncərəyə) damcılatmaq lazımdır. Test üzərində əmələ gələn bir və ya iki zolaq nəticəni göstərir.


Qələm (şırınqa test) testlər. Bu testi yoxlamaq üçün sidiyi heç bir qaba yığmaq lazım deyil, testi sidik ifrazı zamanı sıdık axınına tutmaq kifayətdir. Testin ucluğunu çıxardın. Sonra testin kənarından tutub onun S sahəsini sidik axınına tutun. Qələm testlər hamiləliyi təyin etmək üçün digər testlərlə müqayisədə daha yüksək həssaslığa malikdirlər. Test iki zolaq göstərirsə, nəticə müsbətdir, bir zolaq əmələ gəlibsə nəticə mənfidir.

Ən effektiv test hansıdır?

Hamiləlik üçün testi seçən zaman gablaşmanın üzərində göstərilən həssaslığa diqqət yetirin. Hamiləliyin müəyyən edilməsi üzrə əksər müasir testlər XQ səviyyəsi 25 mİU/ml yuxarı olduqda müsbət nəticə göstərirlər. Belə XQ səviyyəsi sidikdə menstruasiya gecikməsinin artıq birinci həftəsindən müşahidə edilə bilər.

Hamiləlik testlərində ikinci zolağın zəif görsənməsi nə deməkdir?

Hamiləlik testləri zəif ikinci xətti göstərsə də, bu yenə də hamiləsiniz deməkdir, sadəcə qanda XQ səviyyəsi o qədər də yüksək deyil. Şübhəli qaldınızsa, 3-4 gündən sonra hamiləlik testini təkrarlayın. XQ səviyyəsi daha da artığından ikinci xətt daha parlaq olacaqdır.

Hamiləliyi təyin etmək üçün ekspress-testlər hər gün milyonlarla qadına laboratoriyaya müraciət etmədən ev şəraitində hamilə qalıb –qalmamasını müəyyənləşdirməyə kömək edir. Bu ixtira hamiləliyini “gözləyən” və “şübhələnən” bütün qadınların həyatını xeyli yüngülləşdirmişdir. Bu gün apteklərdə bir çox hamiləlik testləri var və hər qadın özü üçün ən uyğun olanını seçə bilər. Əsas keyfiyyətli, yüksək həssaslığı olan və sınanmış etibarlı hamiləlik testindən istifadə etməkdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Teqlər: