Hakimiyyəti zorla dəyişə bilməyəcəksiz – Vuçiç

Hakimiyyəti zorla dəyişə bilməyəcəksiz – Vuçiç

Belqradda müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Deyin görüm, etiraz və iğtişaşlardan başqa məqsədiniz nədir? Həqiqətən nə istəyirsiniz? Seçki iradəsini dəyişmək üçün kiməsə təzyiq göstərin, öz sifarişinizlə seçkilərdə səs oğurlayın ki, hakimiyyətə gələsiniz? Xalq sizi istəmir, amma siz qərara gəldiniz ki, özünüzü çox sevirsiniz və seçicilərin iradəsini dəyişmək istəyirsiniz. Onlar nə etməyə çalışsalar da, Serbiyada heç bir zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi olmayacaq”, – Vuçiç bildirib.

Teqlər: