Hakan Fidan Quterreşlə danışdı

Hakan Fidan Quterreşlə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, söhbət zamanı regionda baş verən son hadisələr və Qəzza zolağındakı vəziyyət müzakirə edilib.

Bununla yanaşı, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Teqlər: