Hakan Dəmir İran komandasına başçılıq edəcək

Hakan Dəmir İran komandasına başçılıq edəcək

Türkiyəli mütəxəssis Hakan Dəmir İranın basketbol üzrə milli yığmasının baş məşqçisi təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə İran Basketbol Federasiyası məlumat yayıb.

Məlumata görə, İran Basketbol Federasiyası dünya çempionatının beşinci və altıncı seçim mərhələlərində Türkiyə milli basketbol komandasının baş məşqçisi Hakan Dəmir ilə İran milli basketbol komandasına rəhbərlik etməsi barədə razılığa gəlib.

Xatırladaq ki, Hakan Dəmir bundan öncə “Beşiktaş”, “Trabzonspor”, “Pınar Karşı yaka”, “Banvit”, “Tofaş”, “Hernes İsveçrə” və “Dinamo Buxarest” komandalarına məşqçilik edib.

Teqlər: