Avqustun 14-də Haitidə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2248-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi bildirib.
İdarədən verilən məlumata görə, 12 763 nəfər yaralanıb. 329 nəfərin itkin düşmüş hesab olunur.
Bölgədəki 53 mindən çox bina tamamilə, 83 mindən çoxu qismən dağılıb.