Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2207-ə yüksəldi

Avqustun 14-də Haitidə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 207-ə yüksəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə respublikanın mülki müdafiə idarəsindən xəbər verilib.

Məlumata əsasən, yaralıların sayı dəyişməz olaraq qalır – 12 268 nəfər. 344 nəfər itkin düşən hesab olunur. Bölgədəki təxminən 53 min bina tamamilə, 77 mindən çoxu qismən dağılıb.


Hazırda xilasedicilər dağıntılar altında olan insanları axtarmağa davam edirlər.