Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var

Haitinin paytaxtı Port-o-Prensdə iki sərnişin avtobusuna silahlı hücum olunub.

AzerTimes-ın “Haiti24” portalına istinadən verdiyi məlumata görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Hücumların kimlər tərəfindən təşkil edildiyi barədə məlumat verilmir.

Qeyd edək ki, BMT agentlikləri iyulun 7-nə keçən gecə prezident Jovenel Moizin öldürülməsindən və avqustda 2,2 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar sahələrdə vəziyyətin pisləşdiyini bildirir.