Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Haitinin paytaxtı Port-o-Prensdə 400-dən çox məhbus həbsxanadan qaçıb.

AzerTimes-ın məlumatına görə, baş verən qarşıdurma zamanı azı 25 nəfər həlak olub.

Qeyd olunur ki, qurbanların əksəriyyəti məhbuslar tərəfindən öldürülmüş dinc sakinlər olub.

Paytaxtda və ətraf ərazilərdə məhbusların axtarışlar davam etdirilir.