Haitidə 4 nəfər “Qreys” fırtınasının qurbanı olub

Haitinin cənubunda “Qreys” fırtınası nəticəsində ən azı 4 nəfər həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki müdafiə idarəsi məlumat yayıb.

Məlumata əsasən, daha bir nəfər itkin düşüb.

Atlantik Okeanında meydana gələn “Qreys” avqustun 14-də tropik fırtına səviyyəsinə keçib. Avqustun 16-sı axşamı atmosfer hadisəsi Haitiyə güclü yağış və külək gətirib. Ertəsi gün fırtına birinci dərəcəli qasırğaya qədər güclənib.