Haiti yaxınlığında 7,2 bal gücündə zəlzələ olub

Haiti yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Le-Ke kommunasından 40 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələ Haitinin paytaxtı Port-o-Prensdə də hiss edilib. Zəlzələ nəticəsində dağıntılan və xəsarət alanlar barədə məlumat verilməyib.


Sunami təhlükəsinin olduğu qeyd edilir.