Haiti polisi ölkə prezidentin sui-qəsd əməliyyatının mümkün koordinatorunu saxlayıb

Haiti hüquq-mühafizə orqanları ölkə prezidenti Jovenel Moizaya qarşı sui-qəsd əməliyyatı koordinatoru olduğu ehtimal edilən şəxs saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Haiti Milli Polisinin rəhbəri Leon Şarl deyib.

Polis rəisi qeyd edib ki, saxlanılan şəxs Haiti vətəndaşıdır və ona “qətl planı hazırlayanlar”dan biri adlandırıb.

Qeyd edək ki, Haiti prezidenti iyulun 7-də naməlum şəxslərin iqamətgahına hücumu nəticəsində ölümcül yaralanıb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz da yaralanıb və xəstəxanaya yerləşdirilib.